Zərif ABŞ sanksiyalarının genişləndirilməsini "iqtisadi terror" adlandırıb

Zərif ABŞ sanksiyalarının genişləndirilməsini "iqtisadi terror" adlandırıb
# 19 sentyabr 2019 07:10 (UTC +04:00)


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın Tehrana qarşı sanksiyalarını ölkənin adi vətəndaşlarına qarşı genişləndirilməsi kimi qiymətləndirərək bu qərarı "iqtisadi terror" adlandırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

Zərif əlavə edib ki, bu addım ABŞ-ın adi vətəndaşları qəsdən hədəfə almasının bir etirafıdır.

Qeyd edək ki, ötən gün Tramp ölkənin maliyyə nazirinə İran dövlətinə qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirməyə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR