Azərbaycan Avropa çempionatına 3 idmançı ilə qatılacaq

Azərbaycan Avropa çempionatına 3 idmançı ilə qatılacaq
  • Clock-gray 16:22
  • calendar-gray 29 Mart 2021

Aprel 3-11-də Rusiyanın paytaxtı Moskvada ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçiriləcək. 

Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 40 ölkədən 361 idmançının (179 qadın, 182 kişi) iştirak edəcəyi yarışda baş məşqçilər Asif Məmmədovun (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayacaqlar. 

Bunlar qadınlarda Boyanka Kostova (59 kq), kişilərdə isə Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəylidir (109 kq).

Ölkəmizi hakim qismində beynəlxalq dərəcəli hakim Vahid Nəzərov da təmsil edəcək.

ApaSport

Digər xəbərlər