Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb
# 23 oktyabr 2019 15:18 (UTC +04:00)

Azərbaycan yığması Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-dək olan ağırlıqqaldıranlar arasında keçirilən Avropa birinciliyində daha bir medal qazanıb.

APA-nın məlumatına görə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda bu dəfə Elşad Şərifov fəxri kürsüyə yüksəlib.

O, yaşı 23-ə qədər olan atletlərin 73 kq çəki dərəcəsində mükafatçılar sırasına düşüb. Atlet birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub.

E. Şərifov təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 160 kq-ı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.

Toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.

Qeyd edək ki, daha öncə Səbinə Əzimova (55 kq, U-20) təkanla qaldırma hərəkətində 3-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR