Azərbaycanın iki atleti dünya çempionatında final mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycanın iki atleti dünya çempionatında final mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB
# 27 sentyabr 2019 22:11 (UTC +04:00)

Azərbaycanın daha bir atleti Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında final mərhələsinə yüksəlib.

APA-nın məlumatına görə, atletikanın çəkicatma növündə Anna Skidanın ardınca üçtəkanla tullanmada Aleks Kopello da təsnifat mərhələsini uğurla başa vurub.

Milliləşdirilmiş legioner 16,95 m nəticə göstərib və sentyabrın 29-da baş tutacaq final mərhələsinə yüksəlib.

Ondan fərqli, Nazim Babayevin cəhdi uğursuz olub. 16,65 m nəticə göstərən atlet 19-cu yeri tutub və mərhələ adlayan 12 idmançı arasında yer ala bilməyib.

Qeyd edək ki, dünya çempionatının son günündə - oktyabrın 6-da digər milli üzvü Evans Kiplaqat marafon yarışında mübarizə aparacaq.

***

Saat. 21:20

Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatına start verilib.

APA-nın məlumatına görə, mundial Azərbaycan millisi üçün uğurlu başlayıb.

Çəkicatma növündə mübarizə aparan yığma üzvlərindən Anna Skidan təsnifat mərhələsində inamlı çıxış edib. O, 73,32 m nəticə ilə final mərhələsinə yüksəlib. Bu, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakını təmin edən atletin mövsümdə ən yaxşı göstəricisi olub.

Bu növ üzrə final mərhələsi sentyabrın 28-də olacaq.

Qeyd edək ki, dünya çempionatında Nazim Babayevlə Aleks Kopello üçtəkanla tullanmada, Evans Kiplaqat isə marafon yarışında mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR