Azərbaycan atleti dünya çempionatında yeddinci olub

Azərbaycan atleti dünya çempionatında yeddinci olub
# 06 iyun 2019 12:42 (UTC +04:00)

Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, yarışda Azərbaycan yığma komandasının daha bir üzvü körpücük üzərinə çıxıb.

Belə ki, kişilər arasında mübarizəyə Əliş Nəzərov qoşulub. O, 102 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 318 kq (143+175) nəticə ilə 7-ci yeri tutub.

Qeyd edək ki, mundialda 51 ölkədən 311 atlet (161 oğlan və 150 qız) mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR