Azərbaycan atleti “World Challange” turnirində ikinci olub

Azərbaycan atleti “World Challange” turnirində ikinci olub
# 05 sentyabr 2019 12:00 (UTC +04:00)

Azərbaycan atleti Nazim Babayev növbəti uğurunu qazanıb.

APA-nın məlumatına görə, üçtəkanla tullanmada mübarizə aparan idmançı “World Challange” seriyalı turnirdə mükafata yiyələnib.

O, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışda 16,68 m nəticə göstərib. N.Babayev yalnız ABŞ idmançısı Kris Benarddan geri qalaraq 2-ci yeri tutub. Gümüş mükafata yiyələnən atlet çempiondan 29 sm aşağı nəticəyə imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR