Azərbaycan gimnastları Dünya Kubokunda 2 qızıl medal qazanıb

Azərbaycan gimnastları Dünya Kubokunda 2 qızıl medal qazanıb
  • Clock-gray 16:46
  • calendar-gray 02 İyun 2019

Sloveniyanın Koper şəhərinə idman gimnastikası üzrə Dünya Kuboku keçirilib. 

ONA-nın məlumatına görə, yarış Azərbaycan millisi üçün uğurlu alınıb. 

Gimnastlarımız Dünya Kubokunu 2 qızıl medalla bitiriblər. Belə ki, millimizin hesabına ilk mükafatı Marina Nekrasova yazdırıb. Dayaqlı tullanma ilə hərəkətlərinə görə 14,475 xal alan idmançımız öz sevimli alətində bütün rəqiblərini üstələyib.

“Bonifika” İdman Arenasında baş tutan yarışda Nikita Simonov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimizin halqalardakı çıxışı ona bu dəfə də birinciliyi qazandırıb. N.Simonov 14,600 xalla çempion tituluna yiyələnib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date