Azərbaycan kubokuna 100-ə yaxın atlet qatılacaq

Azərbaycan kubokuna 100-ə yaxın atlet qatılacaq
# 06 noyabr 2019 11:51 (UTC +04:00)

Noyabr 9-10-da ağır atletika üzrə Azərbaycan kuboku keçiriləcək.

APA-nın məlumatına görə, turnir Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında baş tutacaq.

Kubokda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən 100-ə yaxın atlet öz qüvvəsini sınayacaq.

Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR