Azərbaycanlı məşqçi və federasiya rəsmisi Avropa Atletika Assosiasiyası tərəfindən mükafatlandırılıb

Azərbaycanlı məşqçi və federasiya rəsmisi Avropa Atletika Assosiasiyası tərəfindən mükafatlandırılıb
# 31 oktyabr 2019 17:20 (UTC +04:00)

Avropa Atletika Assosiasiyası 2019-cu ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimi keçirib.

APA-nın məlumatına görə, "Golden Tracks 2019" adlı tədbir Estoniyanın paytaxtı Tallində təşkil olunub.

Mərasimdə "Member Federation Award" və "Coaching Award" mükafatlarının sahibləri təltif ediliblər. Seçilmiş üzv federasiyaların inkişafında göstərdiyi fəaliyyətə görə Azərbaycan təmsilçiləri də mükafata layiq görülüblər. Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov və yığmanın qısa məsafələrə qaçış üzrə böyük məşqçisi, əməkdar bədən tərbiyəsi, idman xadimi, əməkdar məşqçisi Tofiq Əliyev mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR