Çingiz Hüseynzadə və Məhərrəm Sultanzadə İAAF-ın Hesabat-Seçki Konqresində iştirak edəcək

Çingiz Hüseynzadə və Məhərrəm Sultanzadə İAAF-ın Hesabat-Seçki Konqresində iştirak edəcək
# 23 sentyabr 2019 14:44 (UTC +04:00)

Sentyabrın 24-26-da Qətərin paytaxt Dohada İAAF-ın 52-ci Hesabat-Seçki Konqresi keçiriləcək.

APA-nın məlumatına görə, tədbirdə ölkəmizi Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Məhərrəm Sultanzadə təmsil edəcək.

Dohada Konqresdən sonra dünya çempionatına start veriləcək. Oktyabrın 6-dək davam edəcək mundialda 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında üç atletlə təmsil olunacaq. Baş məşqçi Bəhruz Salehli, məşqçilər Ziyad Xəlfəyev və Artyom Rubankonun rəhbərliyi altında üçtəkanla tullanmada Aleksis Kopello və Nazim Babayev, marafonda Evans Kiplaqat və çəkicatmada Anna Skidan mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR