İAAF-nın prezidenti postuna seçkilər keçirilib.
APA-ının məlumatına görə, böyük britaniyalı Sebastyan Kou yenidən qurumun başçısı seçilib.
O, Qətərin paytaxtı Dohada keçirilən İAAF-ın konqresində posta yeganə namizəd olub. S. Kou yekdilliklə quruma prezident seçilib və daha 4 il eyni vəzifəni icra edəcək.
Qeyd edək ki, böyük britaniyalı sabiq atlet 2015-ci ildə bu postda seneqallı Lamin Diakı əvəzləyib.