“Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib - FOTOSESSİYA

“Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 15 oktyabr 2017 16:38 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir” şüarı altında veloyürüş keçirilib.

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətini rəisi general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nın velosiped klubunun və AzVİF-in velosipedçiləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

Azneft meydanından start götürən veloyürüş Neftçilər prospekti, Yusif Səfərov küçəsi ilə davam edib və Heydər Əliyev Mərkəzində başa çatıb. Heydər Əliyev Mərkəzinin parkında, həmçinin müxtəlif əyləncə proqramı və Azərbaycanın ilk milli velosiped brendi olan "İsma Bikes" məhsullarının sərgisi təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR