AAAF: “Bu məsələnin Olimpiadada iştiraka aidiyyatı yoxdur”

AAAF: “Bu məsələnin Olimpiadada iştiraka aidiyyatı yoxdur”
  • Clock-gray 19:34
  • calendar-gray 29 İyun 2018

Ağır atletika üzrə Azərbaycan millisinin 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarından kənarda qalmaq ehtimalı ilə bağlı xəbərə Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) mövqe bildirib.

 

Federasiyanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumatda qeyd edilib ki, baş vermiş neqativ hallar yığmamızın dörd illiyin ən böyük idman oyunlarından kənarda qalmasına təsir etməyəcək.

 

Belə ki, üç və daha çox idmançının dopinq testinin müsbət nəticə verməsi səbəbindən federasiyaların Olimpiya Oyunlarında iştirakdan uzaqlaşdırılması yalnız Tokio Olimpiya Oyunlarının təsnifat mərhələsinə aiddir. O mərhələ isə 2018-ci ilin noyabr ayının 1-dən 2020-ci il aprel ayının 30-na qədər olan müddəti əhatə edir. Yəni həmin müddətdə qeydə alınacaq mümkün dopinq hadisələrinə uyğun bu cür ağır cəzaların verilməsi mümkündür. Son bir il ərzində baş verən hadisələrin isə Olimpiadada iştiraka aidiyyatı yoxdur.

 

Qeyd edək ki, xarici mətbuatda gedən məlumatlarda yığmamızın Olimpiadadan kənarda qala biləcəyi ilə bağlı iddialar yer almışdı.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date