Bakıda Dünya Kubokuna gələcək ölkələrin sayı açıqlanıb

Bakıda Dünya Kubokuna gələcək ölkələrin sayı açıqlanıb
# 12 mart 2018 07:12 (UTC +04:00)

Martın 15-18-də Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna qatılacaq ölkələrin və idmançıların sayı açıqlanıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, paytaxtımızın artıq 3-cü dəfə ev sahibliyi edəcəyi yarışa 25 ölkə gələcəyi gözlənilir.

Bu komandalar turnirə 102 idmançı ilə qatılacaqlar. Kişi və qadın idman gimnastları Dünya Kubokunun ilk 2 günü təsnifat mərhələlərində, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayacaqlar.

Turnirin gedişində tamaşaçılar nəinki meydançada çıxış edən idmançıları, həm də təşkilatçılar tərəfindən keçiriləcək maraqlı fləşmobları izləyəcək, həmçinin müxtəlif müsabiqələrdə yaxından iştirak edərək, federasiyadan xatirə hədiyyələri qazanmaq şansı əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR