Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasından ayrılacaq

Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasından ayrılacaq
# 06 dekabr 2017 13:47 (UTC +04:00)

Azərbaycan Gimnastika Federasiyasında (AGF) kadr dəyişikliyi baş verəcək. Apasport.az saytının məlumatına görə, bunu Avropa Gimnastika Federasiyasının prezidenti seçilən Fərid Qayıbov açıqlayıb.

O bildirib ki, qitə gimnastika qurumundakı fəaliyyətinə görə 2006-cı ildən tutduğu AGF-nın baş katibi vəzifəsindən ayrılmağa qərar verib: “Baş katiblikdən azad olunmağımla bağlı federasiyaya müraciət etmişəm. Bu ay İcraiyyə Komitəsinin iclası keçiriləcək. Müraciətimə də orada baxılacaq”.

AGF-nın vitse-prezidenti Altay Həsənov qeyd edib ki, baş katib vəzifəsinə iki namizəd var: “Hələlik adlarını açıqlamağa tələsməyək. Fərid Qayıbov elə sistem yaradıb ki, özü postunu tərk etsə də, burda iş davam edəcək. Sistemi kiminlə davam etdirməklə bağlı götür-qoy etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR