Fettel Böyük Britaniya Qran-Prisinin qalibi olub

Fettel Böyük Britaniya Qran-Prisinin qalibi olub
# 08 iyul 2018 18:11 (UTC +04:00)

“Ferrari” komandasının almaniyalı pilotu Sebastyan Fettel “Formula-1” Böyük Britaniya Qran-Prisinin qalibi olub.

APA-nın xəbərinə görə, britaniyalı Lyuis Hemilton (“Mercedes”) ikinci, “Ferrari” komandasının finlandiyalı pilotu Kimi Raykonen isə üçüncü yerin sahibi olub.

Qeyd edək ki, S.Fettel ümumi hesabda da lideridir - 171 xal. 2-ci yerdə L.Hemilton (163), 3-cü pillədə isə K.Raykonen (116) qərarlaşıb. "Formula-1"in növbəti mərhələsi Almaniyada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR