Qarabağ atları Böyük Britaniyada təşkil olunan tədbirdə nümayiş etdirilib - FOTOSESSİYA

Qarabağ atları Böyük Britaniyada təşkil olunan tədbirdə nümayiş etdirilib - <span style="color: red;">FOTOSESSİYA
# 13 may 2018 14:13 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsinin təqdimatında Qarabağ atları “Royal Windsor Horse Show” adlı tədbirdə nümayiş etdirilib.

APA-nın London müxbirinin verdiyi xəbərə görə, şou proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunub.

Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan tədbirdə “Land of Fire - Azerbaijan” adı ilə təqdim olunan xüsusi proqram da yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun müşaiyəti altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində möhtəşəm igidlik hərəkətləri icra edən Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən qrup və iki gənc rəssam iştirak ediblər.

Tədbiri izləyənlər arasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də olub. Daha sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşüb və tuncdan hazırlanmış Qarabağ atı heykəlini Azərbaycan nümayəndə heyəti adından rəsmi hədiyyə olaraq təqdim edib.

Qeyd edək ki, “Royal Windsor Horse Show” atçılıq tədbiri bu il 75 illik yubileyini qeyd edir. Kraliçaya aid “Windsor” qəsri 1956-cı ildə ilk dəfə Qarabağ atı – “Zaman” ilə tanış olub. Həmin il məhz II Elizabetə hədiyyə olunan Qarabağ atı Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR