Azərbaycan Ağır Atletika Federasiyası: İrəvanda Avropa çempionatında iştirak üçün zəmanət istəmişik - YENİLƏNİB

Azərbaycan Ağır Atletika Federasiyası: İrəvanda Avropa çempionatında iştirak üçün zəmanət istəmişik - YENİLƏNİB
# 31 mart 2023 15:51 (UTC +04:00)

Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, bunu beynəlxalq dərəcəli hakim Araik Alaverdyan açıqlayıb.

O, “armenpress”ə açıqlamasında bildirib ki, Azərbaycan idmançıların təhlükəsizliyinin təmin olunması üçün rəsmi müraciət göndərib. Yarışda ölkəmizi 5 atlet təmsil edəcək.

Azərbaycan Ağır Atletika Federasiyasından isə “apasport”un sorğusuna cavab olaraq bildirilib ki, bu, hələ tam dəqiqləşməyib: “Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına və Avropa Ağırlıqqaldırma Federasiyasına məktubla müraciət edərək, rəsmi zəmanət istəmişik. Lakin buna hələlik cavab verməyib. Bu səbəbdən də Avropa çempionatına qatılacağımızı hələ dəqiq deyə bilmərik. Təsdiq üçün son aprelin 11-dir”.

Qeyd edək ki, İrəvandakı Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində baş tutacaq yarış aprelin 15-23-də keçiriləcək. Ermənistanın tarixində ən böyük miqyaslı turnir olan qitə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək. Yarışda 40 ölkədən 500-dən artıq idmançı qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR