Azərbaycanın ağır atletləri dünya birinciliyində iştirak edəcək

Azərbaycanın ağır atletləri dünya birinciliyində iştirak edəcək
# 20 mart 2023 12:45 (UTC +04:00)

Martın 25-dən aprelin 1-dək Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək.

Apasport.az saytının məlumatına görə, mundialda Azərbaycan millisi də qüvvələrini sınayacaq.

Dünya birinciliyində Dəniz Cabbarlı (55 kq), Turan Əliyev (67 kq) və Ravin Alməmmədov (73 kq) mübarizə aparacaqlar.

Yarışa 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR