Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib

Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib
# 19 yanvar 2022 15:57 (UTC +04:00)

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.

MOK-dan apasport.az saytının məlumatına görə, toplantıda eyni zamanda İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Yenidən qurum rəhbəri seçilən Hüseynzadə 2024-cü ilin sonunadək atletikaya rəhbərlik edəcək. Firat Hüseynov Atletika federasiyasının vitse-prezidenti postunda qalıb. Məhərrəm Sultanzadə isə baş katib vəzifəsində çalışmağa davam edəcək.

Qeyd edək ki, Hüseynzadə 1996-cı ildən federasiyanın prezidentidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR