Federasiya idmançılarımızın Ermənistanda keçiriləcək çempionatda iştirakına dair açıqlama verib

Federasiya idmançılarımızın Ermənistanda keçiriləcək çempionatda iştirakına dair açıqlama verib
# 20 mart 2023 14:00 (UTC +04:00)

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan idmaçılarının Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Federasiyadan APA-ya bildirilib ki, yığma komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.

“İştirak ilə bağlı son təsdiq aprelin 11-nə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcək", - deyə federasiyadan qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR