Türkiyəli atlet Ramil Quliyevin rekordunu geridə qoyub

Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev

© APA | Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev

# 27 may 2021 00:32 (UTC +04:00)

Türkiyənin paytaxtı Ankarada Olimpiya sınaq yarışları keçirilir.

Apasport.az saytının məlumatına görə, turnir Sinan Örənin 300 metr məsafəyə qaçmaqda rekord vurması ilə əlamətdar olub.

O, məsafəni 32,46 saniyəyə qət edib. Bununla da Sinan yeni rekorda imza atıb.

Atlet Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı idmançı Ramil Quliyevin göstəricisini arxada qoyub. Vətəndaşlığını dəyişən təmsilçimizin rekordu 32,61 saniyəyə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR