“Aeroflot” dekabrın 10-da Şeremetevodan Parisə uçuşları ləğv edib

“Aeroflot” dekabrın 10-da Şeremetevodan Parisə uçuşları ləğv edib
# 10 dekabr 2019 07:24 (UTC +04:00)

Rusiyanın “Aeroflot” aviaşirkəti dekabrın 10-da Şeremetevo hava limanından Parisə planlaşdırılan uçuşları, həmçinin Moskva hava limanına geri uçuşları təxirə salıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi internet saytında məlumat verilib.

"Fransada ümummilli tətillə əlaqədar olaraq,"Aeroflot" 10 dekabr 2019-cu il tarixində uçuş cədvəlində dəyişikliklər edir" deyə məlumatda qeyd edilib.

Bildirilib ki, təxirə salınmış reyslərə bilet almış sərnişinlərin yola salınması növbəti reyslərlə həyata keçiriləcək.

Qeyd edək ki, Fransa Mülki Aviasiya Təşkilatı aviaşirkətləri dekabrın 10-da ölkədə planlaşdırılmış tətil və kütləvi nümayişlərlə əlaqədar uçuşları 20 % azaltmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR