87 miqrant Türkiyədən Yunanıstana keçərkən saxlanılıb

87 miqrant Türkiyədən Yunanıstana keçərkən saxlanılıb
  • Clock-gray 07:21
  • calendar-gray 09 Dekabr 2019

Türkiyənin Çanaqqala şəhərində qanunsuz yollarla Yunanıstanın Midilli adasına keçmək istəyən 87 miqrant saxlanılıb.

APA "Anadolu"ya istinadən xəbər verir ki, şəhərin polis əməkdaşları tərəfindən saxlanılanların Əfqanıstan vətəndaşı olduqları bildirilir.

Aralarında qadın və uşaqların da olduğu qanunsuz miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.

apa-logo-mini

Digər xəbərlər