ABŞ, Serbiya və Kosovo hökumətləri Nobel Sülh Mükafatına namizəd göstərilib

ABŞ, Serbiya və Kosovo hökumətləri Nobel Sülh Mükafatına namizəd göstərilib
  • Clock-gray 19:41
  • calendar-gray 11 Sentyabr 2020
Serbiya və Kosovo arasında iqtisadi münasibətləri normallaşdırmaq üçün sentyabrın 4-də Vaşinqtonda imzalanan anlaşmaya görə ABŞ, Serbiya və Kosovo hökumətləri Nobel Sülh Mükafatına namizəd göstərilib. 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, onların namizədliyi İsveç millət vəkili Maqnus Yakobsson tərəfindən irəli sürülüb. 
Parlamentari bu barədə "Twitter" hesabında məlumat verib. 
"Kosovo Online" portalının verdiyi məlumata görə, İsveç millət vəkili Komitəyə müraciətində Balkanlardakı "qanlı 90-ları" xatırladıb və bölgənin hazırda fəal inkişaf etdiyini bildirib.

Zümrüd Paşkin

Digər xəbərlər