ABŞ hərbi gəmisi Qara dənizə daxil olub

ABŞ hərbi gəmisi Qara dənizə daxil olub
# 23 noyabr 2020 12:18 (UTC +04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Donald Kuk DDG 75” (Donald Cook) idarəolunan raket daşıyan gəmi Qara dənizə daxil olub.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrika üzrə Baş Qərargahının bəyanatında bildirilib.

Qeyd olunub ki, NATO missiyası çərçivəsində 7-ci dəfə Qara dənizə daxil olan hərbi gəmi patrul xidməti həyata keçirəcək.

“ABŞ donanmasının gəmiləri müntəzəm olaraq Qara dənizə daxil olaraq NATO müttəfiqləri olan Türkiyə, Ukrayna, Rumıniya, Bolqarıstan və Gürcüstana dəstək məqsədi ilə patrul xidməti həyata keçirir”, - deyə bəyanatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR