ABŞ hərbi gəmisi Qara dənizdə təhlükəsizlik əməliyyatında iştirak edəcək

ABŞ hərbi gəmisi Qara dənizdə təhlükəsizlik əməliyyatında iştirak edəcək
# 15 sentyabr 2020 22:11 (UTC +04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Roosevelt" aviasiya daşıyıcı gəmisi bu gün Qara dənizə yola düşüb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı Dəniz Donanmasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbi gəmi sentyabrın 15-də NATO tərəfdaşları və müttəfiqləri ilə birgə təhülkəsizlik əməliyyatlarında iştirak məqsədi ilə Qara dəniz istiqamətində hərəkətə keçib. Qeyd olunub ki, hərbi gəminin həyata keçirəcəyi əməliyyatlar NATO müttəfiqləri və tərəfdaşları arasında qarşılıqlı əməliyyat qabiliyyətini gücləndirəcək və Qara dənizdə təhlükəsizlik sahəsində kollektiv qətiyyət nümayiş etdirəcək.

Qeyd edək ki, bu, 2020-ci ilin əvvəlindən bəri ABŞ-a məxsus hərbi gəminin Qara dənizə sayca 6-cı səfəri olacaq. Sonuncu dəfə "USS Porter" hərbi gəmisi "Sea Breeze 2020" təlimlərində iştirak məqsədi ilə Qara dənizə daxil olub və Gürcüstanın Batumi limanına yan alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR