ABŞ-ın Ankara, İstanbul, Adana və İzmirdəki konsulluqları terror təhlükəsi ilə əlaqədar fəaliyyətini dayandırıb

ABŞ-ın Ankara, İstanbul, Adana və İzmirdəki konsulluqları terror təhlükəsi ilə əlaqədar fəaliyyətini dayandırıb
# 23 oktyabr 2020 16:37 (UTC +04:00)

ABŞ-ın Türkiyədəki səfirliyinin Ankara, İstanbul, Adana və İzmirdəki konsulluqları fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ABŞ səfirliyi açıqlama yayıb.

Bildirilib ki, buna səbəb Türkiyədə potensial terror hücumları və adam oğurluğu ehtimalının yüksək olmasıdır.

“İstanbul və Türkiyənin digər şəhərlərində ABŞ vətəndaşları ehtiyatlı olmalıdırlar”, - deyə açıqlamada vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR