ABŞ-ın hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil olub

ABŞ-ın hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil olub
# 05 fevral 2021 16:49 (UTC +04:00)

ABŞ-ın 6-cı Hərbi Dəniz donanmasına məxsus “Donald Kuk” (USS Donald Cook-DDG-75) hərbi gəmisi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hərbi gəmini Batumi limanında Gürcüstan DİN-in Sərhəd Polisinin Sahil Mühafizə Departamentinin kapitanı Ramaz Papidze qarşılayıb.

Məlumatda qeyd olunub ki, səfərin məqsədi ABŞ-la Gürcüstan arasında dənizçilik sahəsində əməkdaşlığı gücləndirməkdir.

Qeyd edək ki, “Donald Kuk” hərbi gəmisi idarəolunan raketlər daşıyır. Destroyerin Gürcüstanın Sahil Mühafizəsi ilə planlaşdırılan təlimləri başa vurduqdan sonra, 6 fevral tarixində Gürcüstanın ərazi sularından ayrılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR