ABŞ-ın yeni səfiri Gürcüstana gedib

ABŞ-ın yeni səfiri Gürcüstana gedib
# 29 yanvar 2020 18:28 (UTC +04:00)

ABŞ-ın yeni səfiri Kelli Deqnan Gürcüstana gəlib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi öz "Facebook" hesabında məlumat paylaşıb.

Qeyd edək ki, ABŞ senatı K. Deqnanı səfir vəzifəsinə ötən il dekabrın 20-də təsdiqləyib.

ABŞ-ın Gürcüstandakı səfiri postu 2018-ci ilin martından etibarən vakant qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR