Aİ “AstraZeneca”nın hazırladığı COVID-19 peyvəndinin effektivliyini qiymətləndirəcək

Aİ “AstraZeneca”nın hazırladığı COVID-19 peyvəndinin effektivliyini qiymətləndirəcək
# 12 yanvar 2021 12:45 (UTC +04:00)

“AstraZeneca” hazırladığı COVID-19 peyvəndinin Avropa İttifaqında (Aİ) qeydə alınması üçün təşkilatın Dərmanlara Nəzarət Agentliyinə (EMA) müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.

Avropa Komissiyasının prezidenti bunu yaxşı xəbər adlandırıb.

“Dərmanlara Nəzarət Agentliyi peyvəndin təhlükəsizliyini və effektivliyini qiymətləndirəcək. Peyvənd müsbət elmi rəy aldıqdan sonra biz onun Avropada istifadəsinin təşkili üçün tam sürətlə çalışacağıq”, - deyə Ursula von der Leyen qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR