Aİ-Britaniya əməkdaşlığına dair danışıqlar martın əvvəlində başlayacaq

Aİ-Britaniya əməkdaşlığına dair danışıqlar martın əvvəlində başlayacaq
# 25 fevral 2020 16:55 (UTC +04:00)

“Brexit”dən sonra Avropa İttifaqı (Aİ) və Böyük Britaniya arasında əməkdaşlığa dair danışıqlar mart ayının əvvəlində başlayacaq.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen “Twitter”də bildirib.

Onun sözlərinə görə, danışıqlara başlamaq üçün mandat təsdiqlənib.

Ursula von der Leyen qeyd edib ki, danışıqlar martın 2-də başlayacaq.

“Tərəflər iddialı əməkdaşlığa hazırdır”, - deyə Avropa İttifaqı Komissiyasının Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR