Aİ Gürcüstanda siyasi vəziyyətlə əlaqədar bəyanat yayıb

Aİ Gürcüstanda siyasi vəziyyətlə əlaqədar bəyanat yayıb
# 18 fevral 2021 19:07 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Gürcüstanda yaranmış siyasi vəziyyətlə əlaqədar bəyanat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bəyanatda səlahiyyətli şəxslərə və müxalif partiyalara “Vahid Millət Hərəkat” partiyasının sədri Nika Meliyanın həbs edilməsi və Baş nazir Giorgi Qaxariyanın istefasından sonra yaranmış vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə və təmkinli olmağa çağırış edilib.

Qeyd olunub ki, Aİ yaranmış mürəkkəb vəziyyətin yalnız səmimi siyasi dialoq yolu ilə həll olunacağına inanır. Bəyanatda vurğulanıb ki, partiyalar arasında razılıq əldə edilməsi və qütbləşmənin dərinləşməməsi üçün siyasi cəsarət və həqiqi demokratik liderlik tələb olunur: “Gürcüstanda gərginliyin aradan qaldırılması və demokratiyanın daha da möhkəmləndirilməsi üçün əhatəli məhkəmə və seçki islahatları vasitəsilə siyasi birliyə ehtiyac var. Siyasi sabitlik və inklüziv parlament prosesi koronavirus pandemiyası və onun nəticələrinin effektiv şəkildə həll edilməsinin ön şərtləridir. Avropa İttifaqı bu işdə Gürcüstana dəstəyini davam etdirməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR