Aİ Rusiyanın “Sputnik V” peyvəndinin qeydiyyatı ilə bağlı müraciətini qəbul edib

Aİ Rusiyanın “Sputnik V” peyvəndinin qeydiyyatı ilə bağlı müraciətini qəbul edib
  • Clock-gray 12:10
  • calendar-gray 09 Fevral 2021

Avropa İttifaqı (Aİ) koronavirusa qarşı “Sputnik V” peyvəndinin qeydiyyatı ilə bağlı Rusiyanın müraciətini qəbul edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat yayıb.

Bildirilib ki, “Sputnik V” peyvəndinin Aİ-də qeydiyyata alınması üçün yanvar ayında Avropa Dərmanlar Agentliyinə rəsmi müraciət göndərilib və artıq bu müraciət Agentlik tərəfindən təsdiqlənib.

Avropa Dərmanlar Agentliyi Rusiya istehsalı olan peyvəndin müvafiq şərtlərə cavab verib-verməyəcəyini müəyyənləşdirdikdən sonra onun Aİ-də istifadəsi məsələsinə qərar verəcək.

Zümrüd Paşkin

Digər xəbərlər