Aİ Rusiyanın yenidən G7-yə qoşulmalı olduğunu düşünmür

Aİ Rusiyanın yenidən G7-yə qoşulmalı olduğunu düşünmür
  • Clock-gray 19:17
  • calendar-gray 02 İyun 2020

Avropa İttifaqı (Aİ) Rusiyanın yenidən G7-yə qoşulmalı olduğunu düşünmür.

APA-nın "Politico"ya istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell virtual mətbuat konfransında deyib: "Avropa İttifaqı G7 formatını ortaq dəyərləri, maraqları və öhdəlikləri rəhbər tutan ölkələr arasında vacib çoxtərəfli bir çərçivə olduğunu hesab edir".

Aİ-nin Ali Nümayəndəsi deyib ki, Moskvanın G7-də iştirakı Rusiya öz kursunu dəyişənə, G8-in yenidən bərpasına imkan verəcək mühit yaranana və mənalı müzakirə baş tutana qədər dayandırılıb və hal hazırda Rusiyanın bərpası müzakirə mövzusu deyil.

Cozep Borrell xatırladıb ki, Prezident Donald Tramp əvvəl də Rusiyanın birliyə qoşulması məsələsini qaldırsa da, digər üzv ölkələr bu təklifi dəstəkləməyib: "Mən həmçinin vurğulamaq istəyirəm ki, G7 sədrinin qonaq dəvət etməyə səlahiyyəti çatır və nəzərə alaq ki, ABŞ bu il G7-yə sədrlik edir. Ancaq dəvət olunan qonaqlar ev sahibinin bir növ prioritetlərini nümayiş etdirir. Lakin üzvlüyü dəyişmək və ya formatı daimi əsasda dəyişmək G7-yə sədrlik edən ölkənin səlahiyyətlərinə aid deyil".

Zümrüd Paşkin

Digər xəbərlər