Aİ “Şərq Tərəfdaşlığı” ölkələrində vaksinasiyanın aparılmasına 40 milyon avro ayırıb

Aİ “Şərq Tərəfdaşlığı” ölkələrində vaksinasiyanın aparılmasına 40 milyon avro ayırıb
# 11 fevral 2021 15:57 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST ) 6 “Şərq Tərəfdaşlığı” ölkəsinə yeni növ koronavirus (COVİD-19) əleyhinə vaksinlərin tədarükü istiqamətində birgə fəaliyyət göstərəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

Bildirilib ki, layihə Aİ tərəfindən maliyyələşdirilən layihəni ÜST-ün regional ofisi həyata keçirəcək. Layihəyə vaksinlərin çatdırılmasının bütün mərhələləri və vaksinasiya prosesinə dəstək daxildir. 40 milyon avro dəyərindəki layihənin 6 “Şərq Tərəfdaşlığı” ölkəsində planlaşdırılmış immunizasiyanın gücləndirilməsi üçün önəmli investisiya olduğu qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR