Aİ karbon emissiyalarının 2030-cu ilədək azaldılması ilə bağlı razılığa gəlib

Aİ karbon emissiyalarının 2030-cu ilədək azaldılması ilə bağlı razılığa gəlib
# 11 dekabr 2020 11:55 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) karbon emissiyalarının növbəti on ildə önəmli dərəcədə azaldılması ilə bağlı razılığa gəlib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib.

O deyib ki, Aİ ölkələri 2030-cu ilədək karbon emissiyalarını ən azı 55%-dək azaldacaq.

Aİ Şurasının prezidenti Şarl Mişel isə Avropanın iqlim dəyişikliyi ilə mübarizədə lider olduğunu vurğulayaraq bu qərarın çox vacib olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR