Aİ-nin Dərmanlara Nəzarət Agentliyi koronavirusa qarşı ikinci peyvəndin istifadəsini təsdiqləyib

Aİ-nin Dərmanlara Nəzarət Agentliyi koronavirusa qarşı ikinci peyvəndin istifadəsini təsdiqləyib
  • Clock-gray 17:15
  • calendar-gray 06 Yanvar 2021

Avropa İttifaqının (Aİ) Dərmanlara Nəzarət Agentliyi yeni növ koronavirusa qarşı ikinci peyvəndin istifadəsini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə Agentliyin rəsmi saytında bildirilib.

EMA (EU Medicines Agency) “Moderna” peyvəndinin 18 yaşdan yuxarı şəxslərdə koronavirus xəstəliyinin qarşısını almaq üçün tətbiqinə icazə verilməsini tövsiyə edib. Bu, EMA-nın tövsiyə etdiyi ikinci peyvənddir.

Bildirilib ki, Dərmanlara Nəzarət Agentliyinin insan dərmanları üzrə komitəsi (CHMP) peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi barədə məlumatları qiymətləndirib. Konsensusla razılığa gəlinib ki, Avropa Komissiyası tərəfindən rəsmi şəkildə peyvənd üçün marketinq icazəsi verilsin.

“Bu peyvənd bizə mövcud fövqəladə vəziyyəti aradan qaldırmaq üçün bir imkan təqdim edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmasından bir ildən az bir müddətdə bu, ikinci müsbət peyvənd tövsiyəmizdir. Bu, göstərilən səylərin bir sübutudur. Aİ ictimaiyyətinin davamlı qorunmasını təmin etmək üçün peyvəndin təhlükəsizliyi və effektivliyinə dair məlumatları yaxından izləyəcəyik. İşimizdə həmişə elmi dəlillər və Aİ vətəndaşlarının sağlamlığını qorumaq öhdəliyimiz rəhbər tutulacaqdır”, - deyə Dərmanlara Nəzarət Agentliyinin icraçı direktoru Emer Kuki qeyd edib.

Xatırladaq ki, Agentlik daha öncə "BioNTech" - "Pfizer" peyvəndinin tətbiqinə icazə verib.

Zümrüd Paşkin

Digər xəbərlər