Aİ-nin vasitəçisi növbəti dəfə Tbilisidə səfərdədir

Aİ-nin vasitəçisi növbəti dəfə Tbilisidə səfərdədir
# 28 mart 2021 02:18 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson növbəti dəfə vasitəçilik məqsədi ilə Gürcüstanda səfərdədir.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə K.Danielson üç gün davam etməsi planlaşdırılan səfəri çərçivəsində hakim "Gürcü Arzusu" partiyası ilə müxalifət arasında Aİ-nin dəstəklədiyi dialoq prosesinə vasitəçilik edəcək. İsveçli diplomatın tərəflərlə müzakirələrə martın 29-da başlayacağı bildirilib.

Qeyd edək ki, K.Danielson martın 19-da hakimiyyətlə müxalifət arasında nəticəsiz başa çatan danışıqlardan sonra Tbilisini tərk edib.

Gürcüstanda siyasi böhran müxalif lider Nika Melianpn həbs edilməsindən sonra pik həddə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR