Aİ ölkələri dekabrın 27-dən koronavirusa qarşı peyvəndləməyə başlayacaq

Aİ ölkələri dekabrın 27-dən koronavirusa qarşı peyvəndləməyə başlayacaq
# 17 dekabr 2020 15:55 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələri dekabrın 27-dən koronavirusa qarşı peyvəndləməyə başlayacaq.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.

“Bu, Avropa üçün vacib andır. Dekabrın 27, 28 və 29-da Avropada peyvəndləmə başlayacaq. Biz birlikdə vətəndaşlarımızı qoruyuruq. Biz birlikdə güclüyük!”, - deyə Avropa Komissiyasının prezidenti qeyd edib.

Aİ-nin sözçüsü isə bu gün keçirilən mətbuat konfransında bildirib ki, dekabrın 26-da Aİ-yə üzv ölkələrə peyvəndlərin paylanmasına başlanılacaq.

Qeyd edək ki, Aİ-nin dərmanlara nəzarət agentliyi dekabrın 21-də "BionTech"-"Pfitzer" peyvəndinin qiymətləndirilməsi ilə bağlı iclas keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR