Aİ ölkələrindən İtaliyaya gedən şəxslər 5 günlük karantinə alınacaq

Aİ ölkələrindən İtaliyaya gedən şəxslər 5 günlük karantinə alınacaq
# 30 mart 2021 13:59 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələrindən İtaliyaya gedən şəxslər 5 günlük karantinə alınacaq.

APA-nın AFP-ya istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya Səhiyyə Nazirliyindəki mənbə bildirib.

Qaydanın nə zaman qüvvəyə minəcəyi bəlli deyil.

Mənbənin verdiyi məlumata görə, tətbiq olunacaq yeni qayda əsasən İtaliyaya səfər edəcək Aİ ölkələrinin vətəndaşları neqativ test nəticəsini təqdim etməli və daha sonra bu şəxslər 5 gün izolyasiya olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR