Aİ ölkələrinin səhiyyə nazirləri görüşəcək

Aİ ölkələrinin səhiyyə nazirləri görüşəcək
  • Clock-gray 18:22
  • calendar-gray 07 Aprel 2021

Avropa Dərman Agentliyinin (European Medicines Agency) "AstraZeneca" peyvəndi ilə bağlı qərarının ardınca Avropa İttifaqı (Aİ) ölkələrinin səhiyyə nazirləri görüş keçirəcək.

APA-nın xəbərinə görə, bu barədə Aİ-yə prezidentlik edən Portuqaliya hökumətinin sözçüsü "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşə Portuqaliyanın Səhiyyə naziri Marta Temido sədrlik edəcək.

Görüş Avropa Dərmanlar Agentliyinin Risk Qiymətləndirmə Komitəsinin "AstraZeneca" peyvəndinin təhlükəsizliyi ilə bağlı açıqlamasının ardınca baş tutacaq.

"İclas yalnız dezinformasiyanın yayılmasını dayandırmaq üçün deyil, eyni zamanda Aİ-də peyvənd səyləri ilə bağlı ortaq anlaşma əldə etmək üçün Aİ-yə üzv dövlətlərin fərqli mövqelərini uyğunlaşdırmaq məqsədi daşıyır", Portuqaliya hökumətinin sözçüsü qeyd edib.

Qeyd edək ki Avropa Dərmanlar Agentliyi qərarını bu gün elan etməyi planlaşdırır. Avropalı mütəxəssislər bu yaxınlarda "AstraZeneca" peyvəndi almış şəxslərdə qan laxtalanma hallarının inyeksiya ilə nə dərəcədə əlaqəli ola biləcəyini araşdırıblar.

Zümrüd Paşkin

Digər xəbərlər