Aİ peyvənd tədarükü üçün “Moderna” ilə ikinci müqaviləni imzalayıb

Aİ peyvənd tədarükü üçün “Moderna” ilə ikinci müqaviləni imzalayıb
# 17 fevral 2021 17:12 (UTC +04:00)

Avropa Komissiyası yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd tədarükü üçün ABŞ-ın “Moderna” şirkəti ilə ikinci müqaviləni imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mətbuat konfransında bildirib.

“Avropa Komissiyasının əlavə 300 milyon doza peyvəndin tədarükü üçün bu gün “Moderna” ilə ikinci müqaviləni imzaladığını elan etməkdən məmnunam”, - deyə o qeyd edib.

Ursula von der Leyen vurğulayıb ki, indiyədək Aİ-də 22 milyon şəxsə peyvəndin ilk dozası vurulub, bu da əhalinin təxminən 5%-ni təşkil edir. Avropa Komissiyasının prezidenti əlavə edib ki, 7 milyon nəfərə isə peyvəndin ikinci dozası vurulub.

Qeyd edək ki, daha öncə Avropa Komissiyası Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" şirkətlərinin ortaq hazırladığı koronavirus peyvəndi üçün bu şirkətlərlə müqavilə imzalayacağını açıqlayıb. Aİ 300 milyon doza peyvənd sifariş verəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR