Aİ rəhbərliyinin Türkiyəyə səfərinin tarixi açıqlanıb

Aİ rəhbərliyinin Türkiyəyə səfərinin tarixi açıqlanıb
# 29 mart 2021 16:11 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin Türkiyəyə səfər edəcəyi tarixin vaxtı müəyyənləşib.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurası prezidentin mətbuat katibi Barend Leyts "Twitter"də bildirib.

Onun sözlərinə görə, Aİ rəhbərliyi növbəti həftə, aprelin 6-da Türkiyəyə səfər edəcəklər.

Səfər çərçivəsində Ursula von der Leyen və Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR