Aİ-yə üzv ölkələrin liderlərinin videokonfrans formatında görüşü keçiriləcək

Aİ-yə üzv ölkələrin liderlərinin videokonfrans formatında görüşü keçiriləcək
# 08 yanvar 2021 15:16 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderlərinin videokonfrans formatında görüşü keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurası Prezidentinin mətbuat katibi Barend Leyts bildirib.

Onun sözlərinə görə, yanvarın 21-də Aİ-yə üzv 27 ölkənin liderləri COVID-19-a qarşı koordinasiyalı reaksiya ilə bağlı müzakirələr aparacaq.

Videokonfrans formatında keçiriləcək görüşə Aİ Şurasının prezidenti Şarl Mişel sədrlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR