Aİ: “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığın yüksək səviyyədə saxlanılması prioritetdir

Aİ: “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığın yüksək səviyyədə saxlanılması prioritetdir
# 05 dekabr 2019 13:10 (UTC +04:00)

“Strateji gündəliyimizdə “Şərq Tərəfdaşlığı”na üzv ölkələrlə əməkdaşlığın səviyyəsinin yüksək saxlanılması əsas siyasi prioritetidir”.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell “Twitter”də bildirib.

“ATƏT Nazirlər Şurasının 26-cı iclasında iştirakıma “Şərq Tərəfdaşlığı”ndan olan altı həmkarımla başladım. Strateji gündəliyimizdə əməkdaşlığın səviyyəsinin yüksək səviyyədə saxlanılması və tərəfdaşlarımızla bütün səviyyələrdə əməkdaşlıq edilməsi Avropa İttifaqının əsas siyasi prioritetidir”, - deyə J. Borell qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR