AŞPA QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlı qətnamə qəbul edib

AŞPA QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlı qətnamə qəbul edib
  • Clock-gray 23:02
  • calendar-gray 27 Yanvar 2021

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu gün qış sessiyası çərçivəsində "Avropa Şurasına üzv ölkələrdə QHT fəaliyyətinə qoyulan məhdudiyyətlər" adlı qətnamə qəbul edib.

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, qətnamədə qeyd olunur ki, üzv dövlətlər toplaşma, birləşmə və ifadə azadlığı ilə əlaqəli beynəlxalq hüquq standartlarına, Avropa Şurasının tövsiyələrinə riayət etməlidir. Həmçinin dövlətlər uyğun olmayan qanunvericiliyi ləğv etməli və bu cür qanunların qəbul edilməsindən çəkinməlidirlər.

Qətnamədə bəzi üzv dövlətlərin vətəndaş cəmiyyəti fəaliyyətləri üçün əlverişli bir mühit yaratması və Avropa Şurasının tövsiyələrinə uyğun olaraq qəbul edilmiş qanunvericiliyə düzəlişlər üçün tətbiq etdikləri təcrübələri alqışlanıb.

Aytən Abbaslı

Digər xəbərlər