AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyib

AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyib
# 30 yanvar 2020 00:51 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası çərşənbə günü keçirilən plenar iclasda səsvermənin nəticələri əsasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin tam şəkildə təsdiqlənməsi barədə qətnamə qəbul edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, 96 deputat Rusiyanın səlahiyyətlərinin təsdiqlənməsinin lehinə, 44 əleyhinə səs verdiyi halda, 7 nəfər bitərəf qalıb.

Müzakirə zamanı Rusiya nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy parlament üzvlərini köhnə səhvləri təkrarlamamağa çağırıb.

“Beş il iştirak etmədiyimiz müddətdə siz yalnız Rusiya haqqında və ölkəmizin hərəkətləri haqqında yalanlar eşitdiniz. Həmin yalanlar bu gün də danışan natiqlərin çoxu tərəfindən təkrarlanır. Faktları bilmədən ölkəni ləkələmək olmaz. Burada kimin kimi cəzalandırması lazımdır?” – deyə Tolstoy vurğulayıb.

Tolstoy bildirib ki, Rusiya həmkarlarla bərabər dialoq aparmaq üçün AŞPA-da iştirak edir. O qeyd edib ki, Moskva istənilən problemləri müzakirə etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR