ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib

ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib
  • Clock-gray 16:49
  • calendar-gray 04 Dekabr 2020

ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib.

APA-nın xəbərinə görə, ATƏT-ə üzv dövlətlər uzun müddətdir təşkilatın boş qalan rəhbər vəzifələrinə təyinatlarla bağlı razılığa gələ biliblər.

ATƏT-in Baş katibi postuna alman diplomat Helqa Şmid seçilib.

O, Avropa İttifaqının (Aİ) xarici siyasət ofisində eyni vəzifəni tutur.

İtaliyalı Matteo Mecacci ATƏT-in seçki və insan haqları üzrə ofisinin direktoru, Maria Tereza Ribeyro ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi, Kayrat Abdrahmanov isə ATƏT-in milli azlıqlar üzrə ali komissarı seçilib. 

Xatırladaq ki, üzv dövlətlər bu il ATƏT-in Baş katibi vəzifəsi də daxil olmaqla dörd əsas rolda üç illik heyət müddətini yeniləməyə razılaşa bilməmişdilər. Buna görə də həmin vəzifələr iyul ayından bəri boş idi.

Zümrüd Paşkin

Digər xəbərlər