ATƏT-in sədri Ukraynaya səfər edib

ATƏT-in sədri Ukraynaya səfər edib
# 19 yanvar 2021 13:32 (UTC +04:00)

İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ukraynaya səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

“ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk xarici səfərini Kiyevə edən Ann Lindeni burada salamlamağa şadam. Bu, Rusiyanın Ukraynaya qarşı davam edən aqressiyası nəticəsində Avropa təhlükəsizliyinə təhdidə cavab verməyin ATƏT-ə sədrlik edən İsveç üçün prioritet olmasına işarədir”, -deyə Ukrayna XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR